İyunun 18-dən iyulun 3-dək İtaliyanın Milan şəhərində yerləşən Dünya Mədəniyyət Evində “TÜRKSOY rəsm sərgisi” keçiriləcək. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş sərgi iki həftə davam edəcək. Sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Şimali Kipr, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan respublikaları, Moldova rəssamlarının əsərləri sərgilənəcək. Sərgi TÜRKSOY, Milan şəhər bələdiyyəsinin mədəniyyət şöbəsi və İtaliyadakı Azərbaycan Mədəniyyət Dərnəyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Bu sərgi daha öncə Fransa, Almaniya, Lüksemburq və Litvada nümayiş olunub.