İyunun 3-də Sloveniyanın Novo-Qoritsa şəhərində “Salnamə” kinostudiyasının istehsal etdiyi “Təxəllüsü Mixaylo” filminin nümayişi olub. Nümayişdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin partizan yoldaşları ilə yanaşı, Sloveniya hökumətinin, parlamentinin, diplomatik korpusun nümayəndələri, Novo-Qoritsa şəhərinin meri Mirko Brulç iştirak edib.
   Tədbirin açılışında Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili və filmin məsləhətçisi Gəray Muradov filmin yaranması barədə məlumat veriblər. Bildirilib ki, filmin istehsalı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Sloveniyaya rəsmi səfəri zamanı razılaşdırılıb.
   Nümayişdə filmin rejissoru Tahir Əliyev də iştirak edib. Sonda Novo-Qoritsa şəhərinin meri M.Brulç təşəkkür nitqi ilə çıxış edərək filmin rejissorunu bu şəhərin fəxri mükafatıyla təltif edib.