“Yaddaş” sənədli filmlər studiyasında Azərbaycanın tanınmış qalalarından bəhs edən “Qalalardakı məşəl” adlı sənədli film üzərində iş yekunlaşıb. Filmin rejissoru, “Yaddaş” studiyasının direktoru Cavid İmamverdiyevin sözlərinə görə, film üzərində iki il işləyib: “Çəkilişlər Abşeron, Gədəbəy, Naxçıvan və Azərbaycanın digər rayonlarında aparılıb. İlk əvvəl filmin xronometrajının iki saat olacağı nəzərdə tutulsa da, film yarım saatdan ibarət olub”.
   Qeyd edək ki, “Qalalardakı məşəl” filmi Azərbaycan və rus dillərində səsləndirilib.