2010-cu ildə türk rejissorları Alpər Özyurdlu və Caner Özyurdlunun çəkdikləri 95 dəqiqəlik “Ev” filmi triller janrındadır. Film iyunun əvvəlindən başlanan Türkiyə təqdimatından sonra Avropanın məşhur kinoteatrları tərəfindən alınıb.
   Filmin mövzusu “Ev” adlı realiti-şoudan bəhs edir. Telekanalların birində həmin şouda 24 saat ərzində bir evdə yaşananlar canlı olaraq yayımlanır. Hər şey yolunda ikən birdən-birə “Ev”ə silahlı bir adam girir və yarışçıları girov götürür. Onun məqsədi oyunun qaydalarını dəyişdirməkdir. Belə ki, finalda birinci olan çıxarmaq istədiyi oyunçunu öldürəcək və bütün hadisələr canlı yayımlanacaq.
   Qeyd edək ki, rollarda Dəniz Cəliloğlu, Kərəm Atabəyoğlu, Alpay Atalan, Melda Gür və Türkiyənin başqa məşhur aktyorları çəkilib.