İtaliyanın məşhur kino jurnalı “Ciak” Fərzan Özpətəkin “Avara minalar”ını 2010-cu ilin ən yaxşı filmi seçib. "Ciak Doro" adlı mükafatlarını iyunun 8-də açıqlayan jurnal “Avara minalar” filmində oynayan Rikardo Skamarkionu “ən yaxşı kişi aktyor”, Sufiyə Rikini “ən yaxşı köməkçi aktrisa” və Ennio Fantastiçini “ən yaxşı köməkçi aktyor"" mükafatları ilə təltif edib. Bundan əlavə “Ciak” jurnalı ayrıca olaraq Giorgio Dirittiyə “ən yaxşı rejissor”, Alba Rohvaçeriyə də “ən yaxşı aktrisa"" mükafatını verib.