Bu günlərdə 100 illik yubileyi qeyd olunan Xalq şairi Rəsul Rza haqqında sənədli televiziya filminin çəkilişlərinə mərhum söz ustasının Göyçay şəhərindəki ev-muzeyindən başlanıb. Muzeyin direktoru Solmaz Həsənova bildirib ki, Xalq artisti, rejissor Ramiz Həsənoğlunun ssenarisi əsasında baş operator, Əməkdar incəsənət xadimi Eldar Məmmədovun çəkdiyi “Çinar ömrü” sənədli televiziya filmi sentyabrda hazır olacaq. Filmin ilk çəkilişləri zamanı şairin ev-muzeyində qorunub saxlanılan eksponatlar, Rəsul Rzanın şəxsi əşyalarından tar, ov tüfəngi, piano, çap makinası və digər əşyalar lentə alınıb.