Avqustun 31-dən sentyabrın 11-dək Ukraynanın Odessa şəhərində folklor festivalı keçiriləcək. Festivalda Azərbaycan, Ukrayna və Belarus kollektivləri iştirak edəcək. Festivala F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Belarus Dövlət Mahnı və Rəqs Ansamblı, Qriqori Veryovka adına xor, Kuban kazakları xoru kimi tanınmış kollektivlər qatılacaqlar.