Rusiyanın Moskva vilayətinin Zveniqorod şəhərində Lubov Orlova adına Mədəniyyət Mərkəzində gənc teatr rəssamlarının beynəlxalq sərgisi açılıb. Moskva vilayəti Mədəniyyət Nazirliyinin saytında verilən məlumata görə, sərgidə Rusiya, Azərbaycan, Qazaxıstan, Bolqarıstan və Efiopiyanın gənc teatr rəssamlarının dekorasiya eskizləri və geyimlərini görmək olar. Onların işləri dünya ədəbiyyatının klassikləri ilə yanaşı, müasir müəlliflərin əsərləri əsasında hazırlanıb.