Dövlət Film Fondunun təşkilatçılığı ilə iyunun 30-da Muzey Mərkəzində tanınmış operator və kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Valeri Kərimovun 65 illik yubileyi münasibətilə xatirə gecəsi keçiriləcək. 
   Valeri Kərimov “Ötən ilin son gecəsi”, “İmtahan”, “Alma almaya bənzər” və digər filmlərin quruluşçu operatoru olub. Rejissor kimi də bir neçə sənədli film çəkmiş, uzun illər Kinematoqrafçılar İttifaqının katibi kimi fəaliyyət göstərmişdir. Tədbirdə Valeri Kərimova həsr olunan və oğlu tərəfindən çəkilən 30 dəqiqəlik sənədli filmin nümayişi, yubilyarın həyat və yaradıcılığını əks etdirən fotosərginin təşkili planlaşdırılıb.