Mirzə Fətəli Axundov adına Milli Kitabxanada dünyaşöhrətli bəstəkar, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq artisti, ictimai xadim Fikrət Əmirova həsr olunmuş “Fikrət Əmirov: Biblioqrafiya” kitabının təqdimatı olub.
   Kitab Fikrət Əmirov yaradıcılığını tədqiq edənlər, konservatoriya və musiqi məktəblərinin tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan və rus dillərində “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan biblioqrafiya, 1941-2009 illərdə çap olunmuş materialları əhatə edir.
   Kitabın tərtibatçılarından biri Tamilla Məmmədovanın sözlərinə görə, nəşrdə Fikrət Əmirovun həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli incəsənət xadimlərinin onun haqqında ürək sözləri, bəstəkarın əsərlərinin biblioqrafik siyahısı, onun haqqında çap olunmuş materiallar xronoloji qaydada göstərilib.