Litvada 1972-ci ildə keçirilmiş poeziya bayramında çəkilən film aşkarlanıb. Filmdə Azərbaycanın xalq şairləri Məmməd Araz və Fikrət Qocanın çıxışı da yer alıb. Bu barədə Dövlət Film Fondunun rəhbəri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib: “Həmin poeziya bayramında Məmməd Araz və Fikrət Qoca xalq arasında çıxış edərək, öz şeirlərini Azərbaycan dilində oxuyublar. Camaat da onların çıxışını böyük maraqla qarşılayıb. Bu süjetlər filmdə öz əksini tapıb”.
   Cəmil Quliyevin sözlərinə görə, filmin surətinin Azərbaycana gətirilməsi üçün danışıqlar aparılır. Bu, Azərbaycan və Litvanın film fondları arasında əldə olunmuş əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.