Tanınmış kinorejissor, professor Musa Bağırov öz şəxsi kitabxanasından kino ədəbiyyatı ilə bağlı 40-a yaxın kitabı Dövlət Film Fonduna hədiyyə etmişdir.
   Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, bir sıra sənədli filmlərin rejissoru olmuş Musa Bağırov uzun illər C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və “Ekran” Yaradıcılıq Birliyində 50-dən artıq sənədli filmə quruluş verib. Onun filmləri bir çox beynəlxalq festivallarda mükafata layiq görülüb.
   Musa Bağırov uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi də fəaliyyət göstərib.