Tanınmış ingilis yazıçısı Coanne K. Rouling Harri Potter və onun dostlarından bəhs edən məşhur hekayəni davam etdirməyi qərara alıb. Yazıçı bu barədə tanınmış televiziya aparıcısı və kinoaktrisa Opra Uinfreyin verilişində qonaq olarkən açıqlama verib. Bu barədə uzun müddətdir ki, fikirləşdiyini söyləyən yazıçı Harri Potter və onun dostlarından bəhs edən 8-ci, hətta 9-cu kitabı belə yaza biləcəyini bildirib: “Mənə elə gəlirdi ki, bu silsilə hekayəni artıq bitirmişəm, amma taleyin işini bilmək olmur”.
   Onu da qeyd edək ki, bu günə kimi dünyada Harri Potterdən bəhs edən silsilə kitabların hər biri ekranlaşdırılıb və filmin yaradıcı heyətinə külli miqdarda gəlir gətirib. Buna görə də yazıçı uğurla başlanan bu işi davam etdirməkdə qərarlıdır. Onu da qeyd edək ki, tanınmış aktyor Deniel Redklifin baş rolu ifa etdiyi “Deathly Hallows” adlı filmin birinci hissəsinin 2010 -cu ilin noyabr ayında kino bazarına çıxarılması planlaşdırılıb.