İranda ötən əsrlərdə İran-Rusiya münasibətlərini özündə əks etdirən, Azərbaycanın tanınmış yazıçısı Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" romanı əsasında eyniadlı serial çəkilir. Filmin ssenari müəllifi və rejissoru Məhəmmədrza Vərzidir. Serialın çəkilişləri üçün lazımi dekorasiya qurulub. Dekorasiyada Təbrizin hökumət evi (Darül-hökumət), Abbas Mirzənın sarayı, Təbriz şəhərinin mərkəzi meydanı, şəhərin giriş qapısı, Came məscidi, bir neçə mənzil əks olunub. İndiyədək serial çəkilişlərinin 30 faizi başa çatıb.
   Serialda İranın tanınmış aktyorları Cəmşid Məşayixi, Məhəmməd Müti, Məhəmmədrza Şərifiniya, İlham Həmidi, Daryuş Kardan, Çingiz Vusuqi, Leyla Zarezadə və başqaları rol alıb.
   Serial 2011-ci ilin fevral ayından efirə çıxacaq. 20 seriyalı (hər seriyası 50 dəqiqə) film İran və Rusiya arasında baş vermiş müharibə və tarixi hadisələri əhatə edir.