Noyabrın 1-dən 5-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Bilik aləmi” Beynəlxalq film festivalında Azərbaycan iki film - “Təxəllüsü Mixaylo” və “Azərbaycan xalçası” ekran əsərləri ilə təmsil olunacaq.
   “Təxəllüsü Mixaylo” “Salnamə” kinostudiyasında, “Azərbaycan xalçası” isə “Yaddaş” studiyasında istehsal olunub. “Təxəllüsü Mixaylo” filminin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Tahir Əliyev, “Azərbaycan xalçası” filminin ssenari müəllifi Aydın Talıbzadə, rejissoru Şamil Əliyevdir.