İranda Azərbaycanın qədim nağılları və unudulmuş oyunları haqqında radioveriliş efirə çıxacaq. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, radioveriliş "Sözlər - söhbətlər" adı altında Ərdəbil radiosunda səslənəcək. Verilişdə el nağılları, el oyunları və bayatılar səslənəcək. Hər bir verilişdə atalar sözlərindən biri mövzu seçiləcək.