* «İncil»in hissələri 2212 dilə tərcümə olunub. Bütövlükdə 366 dildə çap olunub.
   ü Robinzon Kruzo tənha adada 24 il yaşayıb. Bu əsərin tam adı belə səslənir: «Yorkdan olan dənizçi Robinzon Kruzonun özünün yazdığı həyatı və qəribə macəraları».
   * Bir gün rəssam Mikelanceloya Roma Papasının adından deyirlər ki, çəkdiyi «Qorxulu məhkəmə» rəsmində qadının çılpaq ayaqlarını «örtsün». Mikelancelo cavab verir: «Qoy Roma Papası dünyanı düzəltsin, mən şəkli 5 dəqiqəyə düzəldərəm». 
   * Covanni Bokkaçonun «Dekameron» əsərinin yunan dilindən tərcüməsi «On günlük gündəlik» deməkdir. 
   * İngilis yazıçısı Çarlz Dikkens həmişə yatanda baş hissəsi şimala tərəf yatarmış. Əsər yazanda da üzü şimala tərəf oturarmış. 
   * Şerlok Holms haqqındakı əsərlərin müəllifi Konan Doyl ixtisasca göz həkimi olub. 
   * Dahi rəssam Van Qoq çəkdiyi əsərlərindən ancaq birini - «Qırmızı üzüm bağı» rəsmini sağlığında sata bilib.
   * Amerika rəssamı Çarlz Vilson Pilin 17 uşağı olub. O uşaqlarını böyük rəssamların - Rembrandt, Tisian, Rubens, Rafael və başqalarının adı ilə adlandırıb. 
   * Fransa yazıçısı Fransua Volterin meyiti XIX əsrdə qəbirindən oğurlanıb və indiyə kimi harada olması barədə məlumat yoxdur.