2009-cu ildə "Salnamə" kinostudiyasında istehsal olunan "Kazım Qarabəkir Paşa" sənədli filmi Türkiyədə mükafata layiq görülüb. Bu barədə kinostudiyadan məlumat verilib. Film İstanbulda yerləşən Kazım Qarabəkir Paşa Vəqfinin xüsusi diplomu ilə mükafatlandırılıb.
   Ekran əsərində Azərbaycanın ictimai-siyasi tarixində xüsusi yeri olan Kazım Qarabəkir Paşanın həyatının Naxçıvanla bağlı dönəmi əks olunub. Film Bakıda və Ərzurumda nümayiş etdirilib. Noyabr ayında isə İstanbulda da nümayişinin təşkil olunması nəzərdə tutulub.
   Məlumat üçün bildirək ki, filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Güllü Məmmədova, ideya müəllifi Əqidə Ələkbərli, operatoru Tahir Taleh Məhərrəmov, Elşən Həsənoğlu, prodüseri Böyükağa Məmmədovdur.