Dünən Atatürk Mərkəzində İranda yaşayan şair soydaşlarımızın Dünya Azərbaycanlı Yazarlar Qurumu tərəfindən nəşr etdirilmiş şeir toplularının təqdimatı olub. Sayman Aruzun “Bahar gəlmədi”, Məlihə Əzizpurun “Su pıçıltısı” və Nigar Xiyavinin “Əlimdə əlli barmaq” şeir kitabları günümüzün reallıqlarından, vətənə, torpağa sonsuz məhəbbətdən, təbiət gözəlliyindən bəhs edir.
   Tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Aynur Quliyeva, Aqil Abbas, professorlar Qulamrza Səbri Təbrizi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Paşa Qəlbinur və başqaları kitabın məziyyətlərindən danışıb, gənc şairlərə uğurlar arzulayıblar.
   “Qanun” nəşriyyatında çap olunmuş kitablarda gənc şairlərin heca və sərbəst vəznlərdə yazılmış şeirləri və bayatıları yer alıb.
   Yüksək zövqlə tərtib edilmiş bu kitablar hər bir şeirsevərin marağına səbəb olacaq.