Rusiya paytaxtındakı «Veçe» nəşriyyatında tanınmış türkoloq, filologiya elmləri doktoru, professor, «Ocaq» Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Tofiq Məliklinin «Nazim Hikmət. Poeziya və poetika» kitabı çap olunub. Adından göründüyü kimi, kitab XX əsrin nəhəng türk şairi Nazim Hikmətin yaradıcılığına həsr olunub. Monoqrafiyada Türkiyə ədəbiyyatının maraqlı təzahürlərindən biri - Nazim Hikmətin təməlini qoyduğu «yeni poeziya» hərtərəfli araşdırılır. Müəllif dahi Nazimin ədəbiyyata gətirdiyi yeni poeziyanın estetik prinsiplərini açır, türk şairinin Moskvada yaşadığı illərdəki yaradıcılığından bəhs edir.