Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə mayın 5-də “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunda “Atəşgah Art Centre” ilə birgə “Rənglərin festivalı” adlı tədbir keçiriləcək.
   Mədəniyyət Nazirliyindən bildirilib ki, tədbirdə sənətkarlara dəstək məqsədilə “Sənətkarlıq yarmarkası” təşkil olunacaq. Yarmarkada 80-ə yaxın sənətkarın əl işləri nümayiş etdiriləcək. Eyni zamanda, “AyArt Studio”nun 100-dən çox rəsm əsərləri sərgilənəcək.
   Tədbir çərçivəsində ölkəmizin xalq sənəti inciləri həm turistlərə, həm də yerli əhaliyə təqdim olunacaq.