Azərbaycan
    
   5 may 1856 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə Məlikova-Abayeva (1856-1929) Şimali Qafqazın Nalçik şəhərində (Kabarda-Balkar vilayəti) anadan olub. Bakıda "Nicat" xeyriyyə cəmiyyətinin qadınlar şöbəsini qurub, 1901-ci ildə H.Z.Tağıyevin himayəsi altında fəaliyyətə başlayan ilk müsəlman qızlar məktəbinin direktoru olub.
   5 may 1866 - Yazıçı-dramaturq, şair, tərcüməçi, teatr xadimi Eynəli bəy Çölübəy oğlu Sultanov (1866-1935) Naxçıvanda anadan olub. Dövrün qabaqcıl ziyalıları ilə Naxçıvanda "Müsəlman incəsənəti və dram cəmiyyəti"ni yaradıb. 1983-cü ildə cəmiyyət Naxçıvanda ilk teatr tamaşasını ("Müsyö Jordan və dərviş Məstəli şah") səhnəyə qoyub.
   5 may 1892 - İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 1892-1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Dövlət himnimizin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. U.Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını dilimizə çevirib. 1937-ci ildə repressiya olunub.
   5 may 1905 - Tanınmış ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 1905 - 18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.
   5 may 1909 - Yazıçı-jurnalist Məmməd Əkbər (Məhəmməd Həmzə oğlu Əkbərov, 1909 - 10.12.1974) Naxçıvan MR-in Ordubad şəhərində doğulub. 
   5 may 1910 - SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil Rza oğlu İsgəndərov (1910 - 18.9.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. “Uzaq sahillərdə”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
   5 may 1912 - Nasir, tərcüməçi Cəfər Bağır (Cəfər Səfər oğlu Bağırov; 1912 - 17.4.1983) Ordubad rayonunun Dəstə kəndində anadan olub. Kitabları: “Babamın ürəyi”, “Mən yadına düşəndə” və s. 
   5 may 1918 - Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Mirəli Seyidov (1918 - 26.4.1992) İrəvanda doğulub. "Qövsi Təbrizi", "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Azərbaycan xalqının söykökünü düşünərkən", "Yaz bayramı" və s. kitabların müəllifidir.
   5 may 1922 - Xalq artisti Ələddin Aslan oğlu Abbasov (1922 - 13.7.2014) Gəncədə doğulub. 1939-cu ildən Gəncə Dram Teatrında çalışıb. "Dəli Kür", "Qatır Məmməd", “Nizami”, “Qətl günü”, "Özgə vaxt" və s. filmlərə çəkilib.
   5 may 1928 - Bakıda Azərbaycan aşıqlarının I qurultayı keçirilib.
   5 may 1930 - Xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930 -5.7.2002) Ağcabədi rayonunda anadan olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.
   5 may 1938 - Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Eyvaz Borçalı (Ayvaz Məhəmməd oğlu Ayvazov) Gürcüstanın Marneuli rayonunun Ağaməmmədli kəndində anadan olub. «Azərbaycanfilm»in direktoru işləyib. 
   5 may 1940 - Şair, ədəbiyyatşünas Ağa Laçınlı (Ağa Əliqəmə oğlu Əliyev; 1940 - 25.11.2007) Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 
   
   6 may 1941 - Tanınmış aktyor Kamil Məhərrəmov (1941-1993) Şamaxıda doğulub. Sumqayıt Dram Teatrında işləyib, “Dərviş Parisi partladır”, “Yol əhvalatı” və s. filmlərdə yaddaqalan rollar oynayıb.
   6 may 1947 - Filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlu (Cəlilov) Qərbi Azərbaycanın Vedibasar mahalında doğulub. Türkologiyaya dair tədqiqatların müəllifidir. Ali Sovetin deputatı, respublikanın təhsil naziri olub.
   
   7 may 1926 - Tanınmış rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 - 10.7.1969) anadan olub. “Görüş”, “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Qızmar günəş altında”, “Qanun naminə”, “İnsan məskən salır” və s. filmlərin quruluşçu rəssamı olub.
   7 may 1998 - Kinorejissor, operator, Xalq artisti Muxtar Dadaşov (11.9.1913 - 1998) vəfat edib. «Qanun naminə», «Bakıda küləklər əsir» və s. filmlərə quruluş verib. “Yeni horizont”, “Arşın mal alan” (1945, Əlisəttar Atakişiyevlə birgə) filmlərinin operatorudur. 
   
   Dünya
   
   5 may 1813 - Dünya fəlsəfi irsində yeni cığır açmış danimarkalı mütəfəkkir, ekzistensializmin banisi Seren Kirkeqor (1813-1855) anadan olub.
   5 may 1818 - Alman filosofu, elmi kommunizm nəzəriyyəsinin banisi Karl Marks (Marx; 1818 - 14.3.1883, London) anadan olub. Əsərləri: “Kapital", “Anti-Dürinq" (F.Engelslə birgə) və s.
   5 may 1846 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (1846-1916) anadan olub. Əsərləri: "Quo Vadis" (“Hara gedirsən”), "Girdab", "Polonetskilər ailəsi" və s.
   
   6 may 1856 - Dünya ədəbiyyatı və mədəniyyətində iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud; 1856-1939) anadan olub. Əsərləri: “Yuxuların yozulması”, “Totem və tabu”, “Bir illüziyanın gələcəyi” və s.
   6 may 1868 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1924) Vladislav Reymont (1867-1925) anadan olub. “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s. əsərlərin müəllifidir.
   6 may 1904 - İsveç yazıçısı və şairi, Nobel mükafatı laureatı (1974) Harri Edmund Martinson (1904-1978) anadan olub.
   
   7 may 1833 - Alman bəstəkarı, pianoçu və dirijor Johannes Brahms (1833-1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.
   7 may 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840 - 1893) anadan olub. 10 operanın (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), simfoniyaların müəllifidir.
   7 may 1861 - Hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (1861 - 7.8.1941) Kəlküttədə doğulub. Əsərləri: “Fəlakət”, “Ev və dünya”, “Vida mahnısı” romanları, “Poçt”, “Qırmızı oleandrlar” pyesləri və s.
   7 may 1901 - Amerika aktyoru Qari Kuper (Gary Cooper - Frank James Cooper, 1901-1961) anadan olub. “Serjant York”, “Düz günorta” filmlərinə görə “Oskar” mükafatı alıb.
   
   Hazırladı: Vüqar Orxan