Azərbaycan
    
   8 may 1910 - Görkəmli ədəbiyyatşünas alim, professor, şair Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 - 10.8.1961) İrəvan şəhərində anadan olub.
   8 may 1919 - Bəstəkar və pedaqoq, SSRİ Xalq artisti Soltan İsmayıl oğlu Hacıbəyov (1919 - 19.9.1974) Şuşada doğulub. "Gülşən" baleti, "Karvan" simfonik lövhəsi, "Qızılgül" musiqili komediyası, uşaqlar üçün "İsgəndər və çoban" operası və digər əsərlərin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub. 
   8 may 1930 - Ədəbiyyatşünas alim, professor Qara Mustafa oğlu Namazov (1930 - 11.5.2016) Ermənistan SSR İcevan rayonunun Əmirxeyir kəndində doğulub. 
   8 may 1957 - Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Cəlal Əşrəf oğlu Abbasov Bakıda anadan olub. Simfoniya, kantata, “Şən bahar” uşaq operası, vokal silsilələri və s. əsərlərin müəllifidir. Bəstəkarlar İttifaqının katibidir.
   8 may 1992 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Şuşa şəhərini işğal ediblər. İşğal Azərbaycan mədəniyyətinə də ağır zərbə vurub. Şəhərdəki muzey, kitabxana, klub və mədəniyyət evləri talan edilib.

   9 may 1909 - Ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov, 1909 - 11.5.1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin, dərsliklərin müəllifidir. 
   9 may 1928 - Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (1928 -26.10.1983) anadan olub. Milli violonçel ifaçılığı sənətinin banisi, Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.
   9 may 1917 - Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917 - 11.1.1998) anadan olub.
   
   10 may 1934 - Ədəbiyyatşünas alim, professor Şamil Dünyamalı oğlu Qurbanov (1934-2004) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. Rus-Azərbaycan ədəbi əlaqələrinə dair tədqiqatların müəllifidir. 
   10 may 1926 - Yazıçı-ssenarist Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 - 4.8.2001) Biləsuvar rayonunun Əliabad kəndində doğulub. "Dağlarda döyüş", "Od içində", "Qocalar, qocalar...", "Atları yəhərləyin" (S.Rüstəmlə birlikdə), "Doğma sahillər" bədii filmlərinin ssenari müəllifidir. 
   10 may 1960 - Əməkdar incəsənət xadimi Hafiz Məhərrəm oğlu Quliyev Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Akademik Opera və Balet Teatrının baş rejissorudur. 
   10 may 2004 - Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fond mədəniyyət, elm, təhsil, səhiyyə, ekologiya və s. sahələrdə layihələr həyata keçirir. Fondun tarix və mədəni irs sahəsində layihələri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, mədəniyyət və incəsənətimizin təbliğinə mühüm töhfələr verir.
   
   11 may 1906 - "Bakinski raboçi" qəzeti nəşrə başlayıb. 
   11 may 1915 - Görkəmli heykəltəraş, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 - 15.6.1971) Şəkidə anadan olub. Nizami Gəncəvinin (Bakıda və Gəncədə), Səməd Vurğunun abidələrinin, "Azad qadın" heykəlinin müəllifidir. 
   11 may 1935 - Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov (1935 - 22.3.2016) anadan olub. Bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gələndə”, "Truskavetsə kim gedir?" və s.) ekranlaşdırılıb. “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə” və s. filmlərin ssenari müəllifidir. Milli Məclisin deputatı (1995-2010) olub.
   11 may 1955 - Xalq artisti Şamil Kamran oğlu Süleymanov Bakıda anadan olub. Çəkildiyi filmlər: “Baladadaşın ilk məhəbbəti”, “Evlənmək istəyirəm”, “Bəyin oğurlanması”, “Mahmud və Məryəm”, “Dolu” və s.
   
   Dünya
   
   8 may 1903 - Fransız komediya aktyoru Fernandel (əsl adı Fernand Joseph Desire Contandin, 1903-1971) anadan olub. Filmləri: “Madmazel Nituş”, “80 gün dünya ətrafında” və s.
   8 may 1906 - İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub. Filmləri: “Roma, açıq şəhər”, “Almaniya, sıfırıncı il” və s.
   
   9 may 1883 - İspan yazıçısı və filosofu Xose Orteqa-i-Qasset (1883-1955) anadan olub. Əsərləri: “Kütlələrin üsyanı”, “İncəsənətin humanistsizləşdirilməsi” və s.
   9 may 1924 - Gürcü şairi, nasir Bulat Okucava (1924-1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb. Populyar müəllif mahnıları və sözlərinə yazılmış mahnılar bir çox filmlərdə (“Belarus vağzalı”, “Səhranın bəyaz günəşi” və s.) səslənib. 
   
   10 may 1903 - Özbək şairi Qafur Qulam (1903-1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.
   10 may 1937 - Tacik aktyoru, SSRİ Xalq artisti Həşim Qadoyev anadan olub. Filmləri: “Rüstəm və Zöhrab”, “Uluqbəyin ulduzu” və s. Azərbaycanda “Dədə Qorqud” (Qazan xan), “Əzablı yollar” (Qarayel), “Qara gölün cəngavərləri” (Qulu) filmlərində çəkilib. 
   
   11 may 1864 - İngilis yazıçısı Etel Lilian Voyniç (1864 - 28.7.1960) anadan olub. Məşhur “Ovod” romanını italyan xalqının XIX əsrin 30-40-cı illərində azadlıq mübarizəsinə həsr edib. 
   11 may 1904 - İspan rəssamı, heykəltəraş, yazıçı, rejissor Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 - 23.1.1989) anadan olub. Sürrealizmin banilərindən biridir. Əsərləri: “Yaddaşın sabitliyi”, “Venera Milosskaya qutularla”, “Xəlvəti şam” və s.
   11 may 1916 - İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela; 1916-2002) anadan olub. “Paskual Duartenin ailəsi”, “Arı şanı”, “Portağallar qış meyvələridir” və s. romanların müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan