Azərbaycan
    
   29 may 1946 - Aktyor, rəssam Elçin Məmmədov (1946 - 18.2.2001) anadan olub. "Yeddi oğul istərəm" (Mirpaşa), "Dədə Qorqud" (Qaraca çoban), "Dantenin yubileyi" (Səyavuş) və s. filmlərdə çəkilib. Teatr tamaşalarına səhnə tərtibatı verib.
   
   30 may 1862 - Böyük satirik şair Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda anadan olub. "Molla Nəsrəddin" jurnalında fəaliyyəti Sabirin yaradıcılığının ən məhsuldar dövrüdür. Ölümündən sonra şeirləri "Hophopnamə" (1912) adlı topluda nəşr olunub.
   30 may 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Cümhuriyyət hökuməti adından radioteleqramlar İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Moskva, Stokholm, Tokio və digər paytaxtlara göndərilmişdi. 
   30 may 1929 - Xalq artisti, baletmeyster Maqsud Davud oğlu Məmmədov Gəncədə anadan olub. İlk azərbaycanlı balet artistidir. Həyat yoldaşı, Xalq artisti Rəfiqə Axundova ilə birgə baletlərə, "Dədə Qorqud", "Qərib cinlər diyarında" filmlərində rəqslərə quruluş verib.
   30 may 1930 - Şair Fikrət Abbas oğlu Sadıq (1930 - 16.11.2016) Şamaxı şəhərində doğulub. Uşaqlar üçün çoxsaylı əsərlərin, sənədli filmlərin ssenarilərinin müəllifidir. Kitabları: "İşığın yaşı", "Göydə nə var", "Ağ cığır", "Gözlədiyim ömür" və s.
   30 may 1954 - Xalq artisti Şükufə Mühəddin qızı Yusupova Bakıda anadan olub. 1976-cı ildən çalışdığı Milli Dram Teatrının səhnəsində yaddaqalan rollar oynayıb. "Tütək səsi", "Tənha narın nağılı", "Gümüşgöl əfsanəsi" və s. filmlərdə çəkilib.
   
   31 may 1898 - Tanınmış xanəndə, Əməkdar artist Zülfü Səməd oğlu Adıgözəlov (1898-1963) Şuşanın Qaradolaq kəndində anadan olub.
   31 may 1929 - Bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov (1929 - 31.8.2016) anadan olub. "Əlibaba və 40 quldur" (balet), "Azərbaycan gəncləri" (oda), uşaqlar üçün çoxsaylı musiqi əsərləri, 300-dən çox mahnının müəllifidir.
   31 may 1922 - Xalq artisti, görkəmli müğənni Sara Bəbiş qızı Qədimova (1922 - 12.5.2005) Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.
   
   Dünya
    
   29 may 1489 - Türk memarlıq tarixinin ən məşhur simalarından olan memar Sinan (Sinanəddin Yusif-Əbdülmannan oğlu Sinan; 1489-1588) Kayseridə doğulub. İstanbulda Süleymaniyə camisi, Ədirnədə Səlimiyə camisi, körpülər və s. tikililərin müəllifidir.
   29 may 1874 - İngilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (Gilbert Keith Chesterton: 1874-1936) anadan olub. Əsərləri: "Əbədi insan", "Dünyaya nə olub?", "Şar və xaç", "Uçan meyxana" və s.
   29 may 1953 - Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953 - 3.1.2008) anadan olub. Filmləri: "Həmin o Münhauzen", "Sevdiklərinizdən ayrılmayın", "Ən məftunedici və cazibədar", "Məhbəs romansı", "Günah. Ehtirasın tarixi" və s. 
   30 may 1937 - Rusiyanın Xalq artisti Aleksandr Demyanenko (1937-1999) anadan olub. L.Qaydayın komediyalarında ("Qafqaz əsiri", "I əməliyyatı") Şurik rolu ilə şöhrət qazanıb. Digər filmləri: "İvan Vasilyeviç peşəsini dəyişir", "Dima Qorinin karyerası" və s.
   
   31 may "Tütünsüz dünya günü" kimi qeyd olunur ("World No Tobacco Day"). 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib. 
   
   31 may 1887 - Fransız şairi, Nobel mükafatı laureatı (1960) Sen-Jon Pers (Saint-John Perse, 1887-1975) anadan olub.
   31 may 1899 - Rus yazıçısı Leonid Leonov (1899-1994) anadan olub. Əsərləri: "Porsuqlar", "Rus meşəsi" (romanlar); "Canavar", "Çovğun", "Adi adam" (pyeslər) və s. 
   31 may 1930 - Amerika aktyoru və rejissoru Klint İstvud (Clinton Elias Eastwood) anadan olub. Quruluş verdiyi "Çağırılmamış" (1993), "Milyon dollarlıq balaca" (2005) filmlərinə görə "Oskar" mükafatına layiq görülüb.