Mədəniyyət Nazirliyi Avropa Şurasının ən uğurlu layihələrindən hesab olunan, o cümlədən UNESCO konvensiyalarının monitorinqini aparan “Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” layihəsinin həyata keçirilməsində fəal iştirak edir və mütəmadi olaraq hazırlanan milli məruzə müvafiq portalda (http://www.culturalpolicies.net/web/index.php) yerləşdirilir.

Milli məruzələr əsasən aşağıdakı istiqamətlər üzrə hazırlanır: Tarixi perspektivlər, mədəniyyət siyasəti və onun alətləri; Mədəniyyət siyasətinin ümumi məqsəd və prinsipləri; Mədəniyyət sahəsinin əsas hüquqi təminatları; Yaradıcılığın və iştirakın təşviqi və s.

Kompendium layihəsinin növbəti assambleyası Xorvatiyanın Riyeka şəhərində təşkil olunub. Görüşdə layihə üzrə Azərbaycanın milli müəllifi, nazirliyin sektor müdiri Yaşar Hüseynli iştirak edir. Assambleya işini oktyabrın 11-dək davam etdirəcək.