Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Bakıda keçirilən Azərbaycanın Ukrayna Konqresinin hesabat konfransında bədii proqramla çıxış ediblər.

Konfransda iki ölkənin iqtisadi, ictimai, mədəni həyatında fəal iştirak edən  nümayəndələrin təltifetmə mərasimindən sonra Ukrayna və Azərbaycan respublikalarının bədii kollektivlərinin iştirakı ilə konsert təqdim olunub.

Qara Qarayev adına məktəbin şagirdlərinin çıxışı alqışlarla qarşılanıb. Konfransın təşkilat komitəsi adından məktəbin rəhbərliyinə təşəkkür edilib.