Londonda Azərbaycan-Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib.

Mərasimdə bu ölkədəki səfirliyimizin əməkdaşları, azərbaycanlı tələbələr, türk iş adamları iştirak ediblər.

Mərkəzin sədr müavini Sevil Aslanova qurumun məqsəd və vəzifələri haqqında məlumat verib. Bildirib ki, mərkəz Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə yaradılıb. Bu, Böyük Britaniya üzrə ilk mədəniyyət mərkəzi sayılır. Əsas məqsəd bu ölkədə yaşayan azərbaycanlıları bir araya toplamaqdır. Mərkəzin başqa şəhərlərdə də filiallarının fəaliyyət göstərməsi planlaşdırılır. Mərkəzin bölmələrində Azərbaycan dili, rəsm, musiqi, milli rəqs, xalçaçılıq, toxuma, idman və 3-6 yaşlı uşaqlar üçün təlim kursları yaradılacaq. Azərbaycan radiosunun yaradılması da əsas məqsədlərdən biridir.