Azərbaycan

10 iyun 1904 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Məmməd Arif (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə; 1904 – 27.12.1975) anadan olub.

10 iyun 1933 – Xalq rəssamı Rafiq Mahmud oğlu Mehdiyev (1933 – 28.11.2009) Naxçıvan MR Şahbuz rayonunda anadan olub.

10 iyun 1983 – Xalq artisti, bəstəkar, pedaqoq Səid Əli oğlu Rüstəmov (12.5.1912 – 1983) vəfat edib.

10 iyun 1989 – Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12.3.1906 – 1989) vəfat edib.

 

11 iyun 1892 – Xalq artisti, opera müğənnisi Aleksandr Aleksandroviç Drozdov (1892 – 15.6.1968) anadan olub. Azərbaycan Opera və Balet Teatrında çalışıb.

11 iyun 1913 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova (1913 – 2.11.1988) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. “Onu bağışlamaq olarmı?”, “İnsan məskən salır” filmlərində çəkilib.

11 iyun 1923 – Əməkdar rəssam Mahmud Əzizağa oğlu Tağıyev (1923-2001) Bakıda anadan olub.

 

12 iyun 1928 – Xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (Muğanna; 1928 – 1.4.2014) Ağstafa rayonunun Muğanlı kəndində doğulub. Əsərləri: “Məhşər”, “Yanar ürək”, “İdeal” və s. “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.

12 iyun 1932 – Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov (1932 – 4.10.2006) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb, teatra rəhbərlik (1996-2006) edib. Çəkildiyi filmlər: “Ulduz”, “Qanun naminə”, “Alma almaya bənzər” və s.

 

13 iyun 1927 – Kamança ifaçısı, Əməkdar artist Tələt Soltan oğlu Bakıxanov (1927 – 30.5.2000) Bakıda anadan olub.

14 iyun 1794 – Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794 – 16.11.1852) Gəncədə anadan olub. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib.

 

14 iyun 1888 – İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub. Cümhuriyyət hökumətlərində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində çalışıb, repressiya olunub.

14 iyun 1902 – İlk azərbaycanlı heykəltəraş qadın Zivər Nəcəfqulu qızı Məmmədova (1902 – 22.4.1980) Bakıda anadan olub.

14 iyun 1913 – Əməkdar artist, opera müğənnisi Aliyə Ramazan qızı Terequlova (1913 – 23.3.1968) Tiflisdə anadan olub.

14 iyun 1926 – Xalq artisti, tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 – 15.8.1994) anadan olub.

 

Dünya

 

10 iyun 1819 – Fransız rəssamı Jan Dezire Qustav Kurbe (Jean-Desire-Gustave Courbet; 1891-1877) anadan olub.

10 iyun 1915 – Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1976) laureatı Sol (Solomon) Bellou (Saul Bellow; 1915-2005) anadan olub.

10 iyun 1929 – Rus müğənnisi, SSRİ-nin, Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Georgiyevna Zıkina (1929-2009) anadan olub.

10 iyun 2008 – Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov (12.12.1928 - 2008) vəfat edib.

 

11 iyun 1864 – Alman bəstəkarı, dirijor Rixard Ştraus (Richard Strauss; 1864-1949) anadan olub.

11 iyun 1899 – Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) Yasunari Kavabata (1899-1972) anadan olub. Əsərləri: “Dağın naləsi”, “Köhnə paytaxt” romanları və s.

   

12 iyun 1921 – İspan rejissoru Luis Qarsia Berlanqa (Luis Garcia Berlanga Marti; 1921-2010) anadan olub.

 

13 iyun 1865 – İrland şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1923) laureatı Vilyam Yits (William Butler Yeats; 1865-1939) anadan olub.

 

14 iyun 1811 – Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe; 1811-1896) anadan olub. “Tom dayının daxması” romanı 20-dən çox dilə tərcümə olunub.

Hazırladı:  Vüqar ORXAN