Azərbaycan

13 iyul 1889 – Maarif xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889-1960) anadan olub.

13 iyul 1910 – Yazıçı-dramaturq Nağı Kərim oğlu Nağıyev (1910-1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub. «Səadət», «Polad» və s. pyeslərin müəllifidir.

13 iyul 1926 – Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926-2001) anadan olub. “Yolda”, “Xatirələr”, 20 Yanvara həsr etdiyi “Qatillər” tabloları və s. əsərlərin müəllifidir.

13 iyul 1936 – Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 - 4.5.2004) anadan olub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Babək” və s. filmlərin quruluşçu operatoru olub. “Şir evdən getdi”, “Sizi dünyalar qədər sevirdim” və s. bədii filmlərə quruluş verib.

 

14 iyul 1905 – Aşıq Alıxan Qarayazılı (Alıxan Qurban oğlu Ömərov; 1905-1998) Gürcüstanın Qarayazı bölgəsinin Kosalı kəndində anadan olub.

14 iyul 1914 – Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva (1914-2014) İrəvan şəhərində doğulub. 50 ildən çox Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixini tədris edib.

 

15 iyul 1915 – Xalq artisti, opera müğənnisi (bariton) Ağababa Balağa oğlu Bünyadzadə (1915 – 17.12.1974) Bakıda doğulub. 1937-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.

15 iyul 1925 – Xalq artisti, müğənni-pianoçu, professor Rauf İsrafil oğlu Atakişiyev (1925 – 3.2.1994) Bakıda anadan olub. 1953-cü ildən Akademik Opera və Balet Teatrının solisti olub, bir çox xarici ölkələrdə çıxış edib.

15 iyul 1926 – Xalq artisti Sədayə İsmayıl qızı Mustafayeva (1926 – 13.8.2004) Şəkidə anadan olub. Şəki, Gəncə teatrlarında çalışıb, bir sıra filmlərdə (“Mən ki gözəl deyildim”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət” və s.) yaddaqalan obrazlar yaradıb.

15 iyul 1928 – Tanınmış tərcüməçi Mehdi Mirkişi oğlu Mirkişiyev (1928-1992) Cəbrayıl rayonunun Mirzəcanlı kəndində anadan olub. Rus dilindən çoxsaylı ədəbi tərcümələr edib.

15 iyul 1930 – Bəstəkar, Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev (1930 –14.12.2015) anadan olub. “Bakı-90” simfoniyası, kamera orkestri üçün “Noktürn” və s. əsərlərin müəllifidir. Filarmoniyanın bədii rəhbəri, Opera və Balet Teatrının direktoru olub.

 

16 iyul 1913 – Xalq artisti, müğənni Mirzə Əbdülcabbar oğlu Babayev (1913 – 13.1.2003) Bakıda doğulub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti olub, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır”, “Dəli Kür” və s.) maraqlı rollar oynayıb.

16 iyul 1949 – Əməkdar artist, bəstəkar, skripka ifaçısı Fərhəng Rəhim oğlu Hüseynov (1949 – 16.2. 2010) anadan olub. Yaponiyada “İpək Yolu” müsabiqəsinin (1991) qalibi kimi “Kodayu” operasını yazıb, simfonik əsərlərin müəllifidir.

16 iyul 1958 – Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov (1958 – 6.9.2015) Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq”) maraqlı rollar oynayıb. Filmlərin səsləndirilməsində iştirak edib.

 

Dünya

 

13 iyul 1841 – Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqner (Otto Koloman Wagner; 1841-1918) anadan olub.

13 iyul 1923 – SSRİ Xalq artisti Mixail Puqovkin (1923-2008) anadan olub. Əksəriyyəti komediya olmaqla 100-dək filmdə (“I” əməliyyatı...”, “Sportloto-82”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) çəkilib.

 

14 iyul 1860 – Rus tarixçisi, şair, yazıçı və publisist Vasili Lvoviç Veliçko (1860-1904) anadan olub. Bir çox tarixi gerçəklərə işıq salan «Qafqaz» kitabının müəllifidir.

14 iyul 1903 – Amerika yazıçısı İrvinq Stoun (Irving Stone; 1903-1989) anadan olub. Van Qoq, Cek London, Ziqmund Freyd və s. görkəmli insanlar haqqında bioqrafik romanların müəllifidir.

14 iyul 1904 – Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1978) laureatı İsaak Başevis-Zinger (Isaac Bashevis Singer; 1904-1991) anadan olub. Əsərləri: “Şeytan”, “Nicatverən günahkar”, “Muskat ailəsi” və s.

14 iyul 1918 – İsveç rejissoru, ssenarist və yazıçı İnqrid Berqman (Ernst Ingmar Bergman; 1918 - 30.7.2007) anadan olub. “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq” və s. filmlərə quruluş verib.

14 iyul 1928 – Gürcü yazıçısı Nodar Dumbadze (1928-1984) anadan olub. “Mən, nənəm, İliko və İllarion”, “Mən günəşi görürəm”, “Ağ bayraqlar” romanları, “Kukaraça” povesti və s. əsərlərin müəllifidir.

 

15 iyul 1606 – Holland rəssamı Rembrandt Hermens Van Reyn (Rembrandt Harmenszoon van Rijn; 1606-04.10.1669) anadan olub. Məşhur əsərləri: “Samson və Dalila”, “Valtasar qonaqlığı”, “Danaya”, “Avropanın oğurlanması”, “Azğın oğulun qayıtması” və s.

15 iyul 1901 – İtalyan filosofu, ekzistensializmin tanınmış simalarından biri Nikola Abbanyano (Nicola Abbagnano; 1901-1990) anadan olub.

15 iyul 1924 – Çeçen rəqqası, SSRİ Xalq artisti Mahmud Esenbayev (1924-2000) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında rəqqasa həsr olunmuş “Əmək və qızılgül” (“Mən rəqs edəcəyəm”) filmi (rejissor Tofiq Tağızadə) çəkilib.

 

16 iyul 1723 – İngilis rəssamı və incəsənət nəzəriyyəçisi Coşua Reynolds (Joshua Reynolds; 1723-1792) anadan olub. Məşhur əsərləri: “Veneranın kəmərini açan Amur”, “İlanı boğan balaca Herkules” və s.

16 iyul 1911 – Amerikalı aktrisa və rəqqasə, «Oskar» mükafatı laureatı Cincer Rocers (Ginger Rogers – əsl adı Virginia Katherine McMath; 1911-1995) anadan olub.

Hazırladı: Vüqar ORXAN