Məşhur azərbaycanlı geoloq, görkəmli alim, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun xatirəsi əbədiləşdiriləcək.

Dövlət başçısı İlham Əliyevin iyulun 9-da imzaladığı sərəncamda Nazirlər Kabinetinə Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılmasını təmin etmək tapşırılıb.

Xatırladaq ki, Fərman Salmanov Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş geoloq kimi tarixə düşüb.