Mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi münasibətilə Füzuli Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Asif Əhməd oğlu Şirinov Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.

Asif Şirinov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirib, 1989-cu ildən Füzuli Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayıb. 2007-ci ildən teatrın baş rejissoru vəzifəsində çalışır.