Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində Keyfiyyət Təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərində təlimlərdə iştirak ediblər.

ATMU-nu təmsil edən universitetin Tədris-metodiki şöbəsinin müdiri Simnar Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Faina Qaçabəyova beş gün davam edən təlimlərdə keyfiyyətin ümumi idarə edilməsi konsepsiyası, planlaşdır-icra et-yoxla-tədbir gör (PDCA) modeli, problemlərin həlletmə üsulları mövzularını əhatə edən seminarların iştirakçısı olublar.