Noyabrın 22-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Rusiya İnformasiya Mədəniyyət Mərkəzi ilə birgə “Yubilyar kitablar və yazıçılar 2019-cu ildə” adlı layihə çərçivəsində müsabiqə keçirilib.

Tədbirdə paytaxtın Qaraçuxur qəsəbəsi 145 nömrəli, Nərimanov rayonu 36 nömrəli və Nizami rayonu 129 nömrəli tam orta məktəblərin şagirdlərinin ifasında A.S.Puşkinin “Qızıl xoruz”, K.Çukovskinin “Aybolit”, İ.A.Krılovun “Cırcırama və qarışqa”, “Meymun və gözlük”, “Kvartet”, S.Y. Marşakın “Bığlı zolaqlı pişik” əsərləri, həmçinin İ.Nəsiminin qəzəlləri səhnələşdirilərək təqdim olunub.

Müsabiqənin keçirilməsində məqsəd uşaqların diqqətini kitaba və mütaliəyə yönəltmək və məktəbliləri yazıçıların yaradıcılığı ilə yaxından tanış etməkdir.