Martın 12-də III Beynəlxalq “World Harmony” klassik və folklor musiqisi müsabiqəsi laureatlarının konserti olacaq.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq konsertdə laureatları dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.

Qeyd edək ki, müsabiqədə müxtəlif yaş qrupları üzrə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna ifaçıları iştirak ediblər.

Müsabiqə instrumental solo, vokal, rəqs və instrumental ansambllar, vokal ansambllar, xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil edilib.