Martın 12-də Muzey Mərkəzinin sərgi qalereyasında Əfsanə Həbibin “Favole” adlı fərdi sərgisi açılacaq.

Sərginin adı italyan dilindən “nağıllar, əfsanələr” kimi tərcümə olunur. Bu baxımdan sərginin adı rəssamın adı ilə üst-üstə düşür. O, 62 rəsm əsərinin daxil olduğu, özündə “müəmma” və “tapmaca” ideyaları, bir çox mənaları və... oyunları birləşdirən ekspozisiya hazırlayıb. Əsərlərin əksəriyyəti isə dünya mədəniyyətinin “Venesiya karnavalı” kimi tanıdığı unikal hadisəyə həsr edilib.