Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mart ayının 13-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Siyəzən rayon Heydər Əliyev Mərkəzində (Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 90) Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Quba rayon Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) Quba və Qusar rayonlarından, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 2) Xaçmaz rayonundan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi 147), (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli – Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

 

Sıra

№-si

Şəhər (rayon)

Əlaqələndirici şəxs

Əlaqə telefonu

 

Siyəzən

Zəminə Qədirli

070-756-45-80

023-304-07-67

 

Şabran

Əhməd Səmədov

050-206-96-30

023-353-25-84

 

Quba

Fuad Orucov

050-222-84-14

023-335-33-00

 

Qusar

David İbramxəlilov

050-631-52-36

023-385-48-56

 

Xaçmaz

Xalidə Əliyeva

070-651-80-49

023-325-39-01