Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün nazirliyin tabeliyində olan bütün müəssisələrdə profilaktik dezinfeksiya işləri davam etdirilir. Bununla bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələri və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələri üzrə şəhər və rayonlarda uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində  tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.

Koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri Bakı Xoreoqrafiya Akademiyasında (BXA) da aparılıb. BXA-dan bildirilib ki, təhsil müəssisəsinin auditoriyaları, konfrans və akt zalları, inzibati heyətin kabinetləri, dəhlizlər, yeməkxana və digər ərazilər dezinfeksiya olunub. Dezinfeksiya işləri Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri tərəfindən aparılıb.

Digər mədəniyyət müəssisələrində, eləcə də ölkə üzrə tarix, mədəniyyət qoruqlarında dezinfeksiya işləri aparılır, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.