Polşada Frederik Şopen adına Beynəlxalq klassik musiqi müsabiqəsi bu il 18-ci dəfə keçiriləcək. Bu il müsabiqəyə 30-dan çox ölkədən 160-dan çox pianoçunun qatılması nəzərdə tutulur. Müsabiqədə Azərbaycan da təmsil olunacaq.

Müsabiqənin seçim mərhələsi 17-28 aprel tarixində təşkil olunacaq. Qaliblər isə oktyabrın 2-də keçiriləcək final konsertində seçiləcək. 40 min avro mükafat nəzərdə tutulan müsabiqədə yaşı 16-30 olan musiqiçilər iştirak edə bilərlər.

Konsertin təşkilatçısı Frederik Şopen adına Milli İnstitutun rəhbəri Artur Şklener bildirib ki, koronavirusla bağlı təhlükə davam edərsə, seçim turları sentyabradək təxirə salına bilər.