Azərbaycan Aşıqlar Birliyinin (AAB) orqanı olan “Ozan dünyası” jurnalının 2020-ci ildə ilk sayı işıq üzü görüb.

Jurnalın bu sayında da oxucular aşıq sənətinin və bütövlükdə folklorumuzun araşdırıcısı olan alimlərimizin maraqlı elmi yazıları, eləcə də ustad aşıqların, tanınmış sazbəndlərin həyat və yaradıcılıqlarından bəhs edən məqalələrlə, poetik nümunələrlə tanış ola biləcəklər.

“Ozan dünyası” jurnalı Xalq şairi Zəlimxan Yaqubun xeyir-duası və məsləhəti ilə Aşıqlar Birliyinin orqanı kimi 2010-cu ildən nəşrə başlayıb. Jurnalın baş redaktoru AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.