Polşanın travelozercy.pl portalında Azərbaycana səyahət edəcək turistlər üçün faydalı məlumatlarla zəngin olan məqalə dərc olunub.

Məqalə əsasən respublikamızın regionlarına səyahət etmək istəyənlər üçün maraqlı olacaq. Yazıda görməli yerlər, kirayə avtomobil və evlər, milli mətbəx nümunələri ilə bağlı məlumatlar yer alıb.

Məqalədə artıq ölkəmizdə olmuş polşalı turistlərin yerli əhalinin mehribanlığı, qonaqpərvərliyi haqqında fikirləri də verilib. Qeyd olunur ki, hər bir azərbaycanlı sizi açıq ürəklə süfrəsinə dəvət edəcək, yolda qalsanız evinə aparacaq, sizinlə ən son tikəsini bölüşəcək.