Prezident İlham Əliyev aprelin 4-də Vüqar Müzəffər oğlu Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yeni icraçı direktoru təyin edilib.