Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi MDB-nin 10 ən yaxşı tarix muzeyi siyahısına daxil edilib.

Tarix Muzeyi MDB ölkələrinin tarixi və mədəniyyəti üzrə ziyarət və virtual ekskursiyalar üçün ən yaxşı muzeylərinin reytinqində altıncı sırada yer alıb.

Reytinq muzeylərin populyarlığı və muzeylər üzrə virtual tur təkliflərinin analizinin nəticələrinə əsasən “TurStat” turizm portalı tərəfindən tərtib edilib.