Ölkə başçısının 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Kitabxanalar virtual məkanda” layihəsi əsasında könüllülər qrupu ilə ilk virtual təlimə başlayıb.

Gənclər “Zoom” və “Microsoft Teams” proqramlarından istifadə qaydaları, proqramların yüklənməsi və qeydiyyata alınması, onlayn tədbirlərin keçirilməsi üsulları, eləcə də kitabxananın elektron resursları haqqında məlumatlandırılıb.

Eyni zamanda gənclərə kitabxananın “Kitabxanalar virtual məkanda” layihəsi əsasında hazırlayıb çap etdirdiyi “Kitabxana-informasiya sistemləri”, “Kitabxanalarda internet forumların keçirilməsinin metodikası”, “Elektron kitabxanalar” və “Şəhər əhalisinə kitabxana-informasiya xidmətinin təşkili” kimi tədris və metodiki vəsaitlər barədə də məlumat verilib.