Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi II Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyi münasibətilə bu mövzuda fondunda mühafizə olunan materialları sosial şəbəkə hesablarından təqdim edir.

“Faşizm üzərində qələbə uğrunda” layihəsində daha bir muzey eksponatı 1943-cü ildə ön cəbhədən Üzeyir Hacıbəyliyə gəlmiş məktubdur.

***

Hörmətli Üzeyir bəy! Budur 2 ildir ki, sizdən ayrılıb vətəni müdafiə işində xidmət etməkdəyəm və bu işdə öhdəmə düşən vəzifəni var qüvvəmlə yerinə yetirir və yetirəcəyəm. Sizi arxayın edirəm ki, düşmənə qarşı yorulmadan mübarizə aparır və aparacağam. Üzeyir bəy, mən Mozdok cəbhəsindən hərbi sənətimi daha da artırmaq üçün oxumağa gələndə, Bakıya gəlib məxsusi sizi görməyə idarəyə gəlib əfsus ki, sizi görə bilmədim. Fəqət Qulami və Çernitsovu görüb sizi ətraflı xəbər aldım və həm də çox tələsik oldu. Çünki paraxod yola düşürdü. Sizi gözləyib görüşə bilmədim. Nə isə, sağlıq olsun. Ölməsəm, sağ qalsam, görüşərik. Mənə ətraflı məktub yazmağınızı çox arzu edirəm.

Sizi heç vaxt unutmayan, sizin Əhməd Hüseynov. Hamıya salam. 10.01.1943.