Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi dünya şöhrətli siyasətçi, böyük  dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik şəxsiyyət, dahi azərbaycanlı ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin əsl  himayədarı olub, bu sahənin inkişafı üçün əlindən gələni əsirgəməyib.

Azərbaycan xalqı dövlətçilik tariximizdə müstəsna yeri olan oğlunun əvəzsiz xidmətlərini heç vaxt unutmur və onun əziz xatirəsini daim ehtiramla yad edir.

Mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam oldu.

Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Mədəniyyət naziri və nazirin birinci müavini Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət ediblər.