Paytaxtdakı Şövkət Ələkbərova adına 20 nömrəli Musiqi məktəbi “Mədəniyyət” kanalı və Mədəniyyət Nazirliyinin “Bizi birləşdirən mədəniyyət” adlı birgə layihəsinə qoşulub. Məktəbin müəllimi və şagirdləri layihə çərçivəsində “Sərhədsiz musiqi” həftəsində iştirak ediblər.

Müəllimlərdən Nərgiz Əliyeva və İlhamə Axundova J.Massnenin “Meditation”, Günay Süleymanova A.Məlikovun 3-cü prelüdündən parça, Aysel Məlikova və Samirə Muxubaliyeva P.Çaykovskinin “Yatmış gözəl” baletindən “Vals”, Nərgiz Əliyeva və Aysel Məlikova K.Qlükun “Orfey və Evridika” operasından “Melodiya”nı ifa ediblər. Səlim Nəsirli və şagirdi Nurəddin Musazadə Ə.Məmmədovun “Söylə” mahnısını, şagirdlərdən Fatimə Kəlbəliyeva Q.Qarayevin “Yürüş”, Nəzrin Əzizova E.Nəzirovanın “Pyes“ və J.Rüeffin “Caz” əsərlərini səsləndiriblər. Nəzəriyyə şöbəsinin müəllimi Vüsalə Məmmədova F.Şopenin həyat və yaradıcılığı haqqında məruzə edib.