Birinci vitse-prezident Mehriban Əliyeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəsmi “İnstagram” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Balaca soydaşlarımızı 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!”.