Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Elmi şurasının onlayn iclası keçirilib.

Rektor İlham Mədətov pandemiya dövründə distant dərslərin keçirilməsindən bəhs edib, yaz imtahan sessiyasının təşkili məsələlərinə aydınlıq gətirib. Rektor xüsusi karantin rejimi şəraitində universitetdə onlayn formatda tədrisin vəziyyəti, tələbələrin biliklərinin qiymətləndirilməsi və digər vacib məsələlərdən danışıb.

Tədris metodiki şöbənin müdiri Simnar Məmmədov 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında məlumat verib.

Elmi şura üzvləri tərəfindən Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər haqqında” qərarına, Təhsil Nazirliyinin imtahanların təşkili ilə bağlı razılıq məktubuna müvafiq olaraq ATMU-da 2019/2020-ci tədris ilinin yay imtahan sessiyasının təşkil edilməsi qaydaları təsdiq edilib.