ProQuest-ExLibris beynəlxalq təşkilatının (ABŞ-İsrail) “UlrichsWeb” indeksləşdirmə sistemi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmalar yanmır” jurnalının qiymətləndirilməsi işini tamamlayıb və jurnal adıçəkilən bazaya daxil edilib.

İnstitutdan bildirilib ki, artıq “Əlyazmalar yanmır” jurnalının buraxılış məlumatları və bütün nömrələri elektron şəkildə “UlrichsWeb” bazasına transfer olunub. Bu isə 80 ölkənin 7500-dən çox elm və təhsil müəssisəsində, o cümlədən universitet, informasiya mərkəzi və kitabxanalarda jurnalın elektron versiyasından istifadəyə imkan verir.

1932-ci ildə ABŞ-da yaradılan “UlrichsWeb” dünyanın ən geniş beynəlxalq elmi indeksləşdirmə bazalarından biridir. Hazırda “UlrichsWeb”ə 90 min mənbə, 6 milyon rəqəmsal sənəd daxildir.