“Ən yaxşı hekayə” kateqoriyası üzrə qaliblər elan edilib

Mədəniyyət Nazirliyi aprel ayında “Muzey eksponatının hekayəsini sən danış” adlı müsabiqə elan edib. Müsabiqənin təşkilində əsas məqsəd koronavirus ilə bağlı tətbiq edilən karantin rejimi günlərində insanların muzey ekspozisiyalarına və ümumilikdə mədəni irsə marağını təşviq etməkdir.

Müsabiqədə iştirak üçün museum.az  portalında müvafiq linkdə təqdim olunan muzey eksponatlarından birini seçməklə ona həsr olunmuş qısa hekayə yazıb sosial şəbəkədə paylaşmaq  lazımdır.

Müsabiqə “Ən yaxşı hekayə”, “Ən yaxşı məktəbli hekayəsi”, “Ən yaxşı xarici dildə yazılan hekayə” nominasiyaları üzrə keçirilir.

Müsabiqənin may ayında yekunlaşan mərhələsində “Ən yaxşı hekayə” kateqoriyası üzrə qaliblər elan edilib:

Aişə Səfərova – “Döyüşçünün zirehli hərb geyimi” adlı hekayə.

Səadət Seyidova – “Həvəs”.

Xədicə Mehdizadə – “Qəhrəmanlıq dastanı”.

Tacəddin İmanov – “Göyçay bağları”.

Xatirə Məmmədova – “Danışan əllər”.

Fatimə Əlizadə – “Ölümsüz”.

Nicat Əliyev – “Naməlum əsgər”.

Vüqar Haqverdiyev – “Döyüşçünün zirehli hərb geyimi”.

Nərgiz Rəhimli – “Naməlum əsgər”.

Digər kateqoriyalar üzrə qaliblər barədə məlumat veriləcək.

Müsabiqənin bütün iştirakçılarına Mədəniyyət Nazirliyinin diplomu və Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinə ödənişsiz giriş üçün biletlər təqdim olunacaq.

Müsabiqə davam edəcək və yaxın zamanda yeni eksponatların siyahısı təqdim ediləcək.